Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərimanov rayonunda yaşayış binası uçub

Bakının Nərimanov rayonunda bina uçub.

Bizimyol.info xəbər verir ki, hadisə 1 saat bundan öncə Nazim Hacıyev 6 ünvanında qeydə alınıb. Belə ki, 4 mərtəbəli binanın 3 və 4-cü mərtəbələri uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis cəlb olunub.

Qeyd edək ki, sözügedən bina yataqxanadır və bir hissəsində məcburi köçkünlər, digər hissəsində isə yerli sakinlər məskunlaşıb. Binanın qəzalı vəziyyətdə olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.(unikal.org)

Son xəbərlər
Bütün xəbərlər »