Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

İranda növbəti parlament seçkiləri 2020-ci ilin fevralın 21-də keçiriləcək.

Bunu açıqlamasında ölkənin Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib.

O, dekabrın 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacağını bildirib.

Qeyd edək ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »