Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan vətəndaşı ABŞ prezidenti olmaq fikrinə düşüb

Den Bilzeryan sosial şəbəkələrdə çox məşhurdur. Erməni bloger, poker oyunçusu, aktyor dəbdəbəli həyatını nümayiş etdirməyi çox sevir. Onu hətta “İnstaqramın şahı” adlandırırlar.

Bizimyol.info xəbər verir ki, erməni bloger ABŞ prezidenti olmaq fikrinə düşüb. Bilzeryan 2024-cü ildə namizədliyini irəli sürməyi düşünür.

Erməni bloger TMZ portalına açıqlamasında bu haqda danışıb. O, reper Kanye Uestin prezident olmaq istəyinə normal yanaşdığını bildirib: “Uest Hillaridən yaxşıdır. Düşünürəm ki, mənimlə yarışmalı olacaq. Baxarıq”.

Bilzeryan Uesti Trampın adamı adlandırıb. O, 2024cü ilə qədər işlərini qaydasına salaraq, prezidentlik marafonuna qoşulacağını söyləyib.

Den keçən ilin avqustunda Ermənistan vətəndaşlığı alıb. Sosial şəbəkələrdə müxtəlif modellərlə yarıçılpaq şəkillər paylaşmağı çox xoşlayır. Onun ətrafında həmişə qadınları görmək mümkündür.

Son xəbərlər
Bütün xəbərlər »