Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişilər qadınlardan ağıllı deyilmiş: Tədqiqat belə deyir

Belə fikir formalaşıb ki, oğlanlar qızlara nisbətən dəqiq elmləri, riyaziyyatı daha yaxşı mənimsəyir. Amma Karnegi Mellon Universitetinin tədqiqatı başqa nəticəni ortaya çıxarıb.

Bizimyol.info xəbər verir ki, tədqiqata görə, kişilər qadınlardan ağıllı deyilmiş. Yəni qadınlar da dəqiq elmləri yetərincə mənimsəyə bilir.

Tədqiqatçılar 3-10 yaşlı qız və oğlan uşaqların iştirakıyla araşdırma aparıblar. Onlara riyazi əməllərlə bağlı video izlətdirilib, müşahidə aparılıb. Nəticə göstərir ki, qızlar bu prosesi oğlanlar qədər yaxşı qavrayıblar. Hətta daha çox yaşı olan qızlarda da problem nəzərə çarpmayıb.

Bir müddət əvvəl Çikaqo Universitetinin araşdırması dərc olunmuşdu. Araşdırmaya görə, qızlar oğlanların daha ağıllı olması haqda fikir eşidəndən sonra zəif nəticə göstərirlər. Yəni bu fikir süni formalaşdırılıb.

Son xəbərlər
Bütün xəbərlər »