Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asiya ölkəsində 4 günlük iş rejiminə keçdilər

Xeyli ölkələrdə 4 günlük iş rejiminə keçid müzakirə olunur. Yaponiyada artıq ilk addımı atıblar.

Bizimyol.info xəbər verir ki, Asiya ölkəsində 4 günlük iş rejiminə keçiblər. “Microsoft”un Yaponiya filialı bu yeniliyi yoxlamaq qərarına gəlib. Avqustun sonlarından əməkdaşlara cümə günü işə gəlməmək tapşırılıb. Beləliklə, ay ərzində maksimum 18 gün iş olacaq.

“Microsoft”un Yaponiya filialında 2300 əməkdaş çalışır. Yeni qrafik onların məvacibini azaltmayıb.

"Microsoft" şirkəti "Microsoft" şirkəti

Nəticələr heyrət doğurur. Bu üç ay ərzində məhsuldarlıq 40 faiz artıb. Mütəxəssislərin fikrincə, əməkdaşlar daha sürətlə işləməyə başlayıb. Onlar başa düşür ki, cümə axşamı həftəlik işləri başa vurmaqla rahatca üç gün ardıcıl dincəlmək olar.

İş günlərinin sayının azaldılması başqa fayda da verib. Elektrik enerjisindən istifadədə 23 faiz azalma müşahidə olunub. Əməkdaşların işdən yayınması da 25 faiz azalıb.

Son xəbərlər
Bütün xəbərlər »