Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo onu əvəzləyən baş məşqçinin valideynlərini söyüb

“Yuventus” İtaliya çempionatının növbəti tutunda əzəli rəqibi “Milan”ı 1:0 hesabıyla məğlub edib. Amma qarşılaşma qalmaqalsız ötüşməyib.

Bizimyol.info xəbər verir ki, 55-ci dəqiqədə əvəzlənən Kriştiano Ronaldo əsəbiləşərək “Yuventus”un baş məşqçisi Mauritsio Sarrini təhqir edib.

Mauritsio Sarri Mauritsio Sarri

Hücumçunun mütəxəssisin valideynlərinə ünvanlanan söyüş işlətdiyi bildirilir. Bu haqda “Il Bianconero” yazıb.

Ronaldonun baş məşqçini portuqalca söydüyü deyilir. O, meydançamı tərk edəndən sonra Sarrinin əlini sıxmaqdan boyun qaçırıb. Ronaldo dərhal paltardəyişmə otağına yollanıb. Sarrinin əvəzetməsi isə uğurlu alınıb. Ronaldonun əvəzinə meydana çıxan Paolo Dibala “Yuventus”un yeganə qolunu vurub.

Sarri oyundan sonra keçirilən mətbuat konfransında Ronaldonun dizində zədə olduğunu söyləyib. Baş məşqçi hücumçunun zədəsini daha da ağırlaşdırmaq istəmədiyini bildirib.

Ronaldo noyabrın 7-də “Lokomotiv”lə Çempionlar Liqasının oyununda da əvəzlənmişdi. Onu 82-ci dəqiqədə meydandan çıxarmışdılar. Ronaldo həmin epizodda da əvəzlənməsinə əsəbiləşmişdi.

Son xəbərlər
Bütün xəbərlər »