Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana körpəsini küçə itlərinə yedirtdi

Tayvanda itlər anası tərəfindən küçəyə atılmış yeni doğulan körpəni diri-diri yeyiblər.

Bizimyol.info xəbər verir ki, oktyabrın 8-i 19 yaşlı Tayvan sakini oğlan uşağı dünyaya gətirib. Bir neçə saat sonra o, 28 yaşlı həyat yoldaşının köməyi ilə uşağı plastik qaba qoyub. Daha sonra cütlük velosipedə minərək uşağı küçədə qoyub və oradan uzaqlaşıb.

Axtarış nəticəsində gənc qız və həyat yoldaşı internet-kafedə tapılıb. Onların qohumlarından gizlənərək orada yaşadıqları məlum olub. Gənc qız polislərə yeni doğulan körpəsini küçədə atıb getdiyini etiraf edib. Hadisə yerinə gələn polislər otların içindən körpə uşaq sümükləri tapıblar. Onlar uşağı itlərin parçalayaraq yediyini təxmin ediblər.

Cütlüyə hansı cəzanın veriləcəyi qeyd olunmayıb.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »