Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu
Böyük Hippokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq. Çin müdriklərinin fikrinə görə isə insan xəstəliyini öz boşqabında axtarmalıdır. Bu fikirlərdə böyük hikmət var. Bu gün dünyanı cənginə alan amansız xəstəliklərin bir çoxlarının, o cümlədən insan genində baş verən mutasiyaların yaranma səbəbi qida sənayesində yol verilən saxtakarlıqlar, müasir texnologiyaların köməyi ilə yaradılan süni ərzaq məhsullarıdır. Son zamanlar sosial şəbəkələrdə süni yumurta, süni kələm, süni ət, süni düyü istehsal olunması barədə xəbərlərin insanlar arasında yaratdığı narahatlığın şahidi olduq. İlk dəfə 1990-cı illərin əvvəllərində dünya bazarlarında çıxarılan GMO məhsullarının çəkisinin sürətlə artması ilk ilk vaxtlar elmi inqilab kimi qiymətləndirilsə də, sonradan elm adamları həyəcan təbili çalmağa başladılar. Genetik modifikasiya bitkilərin, heyvanların genlərində bir və daha artıq elementdə dəyişiklik edilməsi, müxtəlif bakteriyalara, bitkilərə, heyvanlara məxsus genlərin həmin obyektin üzərinə köçürülməsi yolu ilə baş verir. Nanotexnologiyalar əsasında meydana gətirilən yeni növ qida məhsullarının təbii məhsulları əvəz etməsi insan genefondunda müəyyən dəyişikliklərə səbəb olur. Ərzaq təhlükəsizliyi əhalinin sağlam genefonduna birbaşa təsir edən amildir. Buna görə də hər bir dövlətin strategiyasında prioritet məsələdir. Ərzaq təhlükəsizliyi insanların sağlam həyat tərzi sürmək üçün kifayət qədər keyfiyyətli qida məhsullarına istənilən vaxt fiziki və iqtisadi çıxış imkanlarına malik olması deməkdir.

Qloballaşan dünyada təhlükəsiz yaşamaq üçün qapıları bütün dünyaya bağlamaq mümkün deyil. Hətta dünyanın ən inkişaf etmiş ölkələri daxili bazarı 100 faiz öz yerli qida məhsulları ilə təmin edə bilmir.Qida təhlükəsizliyinin təmin edilməsi üçün ən vacib addım ölkənin idxaldan asılılığını minimuma endirmək, yerli istehsal məhsullarının rəqabətədavamlılığını yüksəldərək istehlakçıların marağını xarici məhsullardan yerli məhsullara yönəltməkdən ibarətdir.

“Yerli məhsullar idxal məhsullarına nisbətən daha keyfiyyətli, daha təhlükəsizdir, çünki...”

Azad İstehlakçılar Birliyinin ( AİB) sədri Eyyub Hüseynovun dediyinə görə, bu gün qida təhlükəsizliyi beynəlxalq səhiyyə təşkilatlarının nəzarətə götürdüyü ən ciddi problemlərdən biridir: “2017-ci ilin fevralında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Bu agentlik 2018-ci ildən işə başalayacaq. Qida təhlükəsiliyi məsələsi beynəlxalq təşkilatları da daimi narahat edir. Yerli ərzaq mallarının rəqabətə davamlı və təhlükəsiz olmasını təmin etmək üçün 2011-ci ildə USAİD, Azad İstehlakçılar Birliyinə (AİB) müraciət edərək, istehlakçıların Qida Təhlükəsizliyi Nişanını təsis etməsini təklif edib. USAİD-in əməkdaşları AİB ekspertləri ilə təlimlərdə İstehlakçıların Qida Təhlükəsizliyi Nişanı üzrə 3 səviyyəli (gümüş, qızıl, platin səviyyə) qiymətləndirmə alqoritmini öyrədiblər. Qida Təhlükəsizliyinin təmin edilməsi üçün HACCP (Hazard Analysis and Critical Control Points ) və Codex Alimentariusun tələbləri əsas götürülüb. AIB-in bu təşəbbüsü dünyada ilk təcrübədir. Biz dünyanın 120 ölkəsinə bu barədə məlumat vermişik. Hazırda qida sektorundan 6 müəssisə, o cümlədən “Ulduz” şokolad fabriki ( ən yüksək - platin səviyyəli) Qida Təhlükəsizliyi Nişanına layiq görülüb.

Lakin təəssüf ki, ölkədə qida təhlüksəizliyi sahəsində müəyyən problemlər qalmaqdadır, çünki bu sahədə müvafiq qanun yoxdur. Qida təhlükəsizliyin təmin olunmadığı şəraitdə dünya bazarına inteqrasiya olunmuş Azərbayan bazarında arzuolunmaz malların sayı artır. Bazarlarımızda arzuolunmaz idxal məhsullarının çox olduğunu görmək üçün apteklərə müraciət edən insanların sayını görmək kifyətdir. Məhz buna görə Hippokrat “ biz nə yeyiriksə oyuq” deyirdi. Bu baxımdan ölkəmizdə yaradılacaq Qida Təhlükəsizliyi Agentliyi çox vacib addım kimi qiymətləndirilməlidir. Azad İstehlakçılar Biriliyinin tədqiqatları göstərir ki, bizim yerli məhsllarımız idxal məhsullarına nisbətən daha keyfiyyətli, daha orqanikdir. Xaricdən gətirilən məhsulların tərkibində daha çox kimyəvi maddələr əlavə edilir: “Çünki uzaq məsafədən gətirilən məhsulun xarab olmaması üçün müxtəlif konservantlardan istifadə olunur. Əmtəə bazrına 3 il öncə şüşə qablarda qablaşdırılan 4 gün yararlılıq müddəti olan yerli süd məhsyulları çıxarıldı. Bu böyük irəliləyişdir. Bu istehsalçı üçün böyük risk olsa da alıçılar tərəfindən rəqbətlə qarşılandı. Spirtli içkilər bazarında vəziyyət daha gərgindir. Gürcüstandan, Belarusdan ölkəyə idxal olunan məhsulların üzərində son yararlılıq müddəti qeyd olunmur. Lakin yerli istehsalımız olan “Az-Granata”nın üzərində buraxıldığı tarix və son istifadə tarixi göstərilir. Bəziləri deyirlər ki , spirtli məhsulların saxlanma müddəti yoxdur. Bu o halda mümkündür ki, alkoqollu içkilər müvafiq şəraitdə saxlanılsın. Satış mərkəzlərində isə bu qayda pozulur. Daha bir məsələ. İdxal məhsulları ana dilimizdə etiketlənməlidir. Xaricdən gələn ərzaq məhsullarının 40 faizinin üzərində ana dilində informasiya yoxdur. Yaradılan şəraitdən sui istifadə edən sahibkarlar da çoxdur. O cümlədən , sərinləşdirici içkilər seqmentində nəzarətsizliyə, sui-istifadə hallarına rast gəlinir. Çünki istehlakçıların hüquqalrının müdafiəsi haqqında qanun zəifdir. Bu da öz növbəsində qanun pozuntularına, cinayətlərə yol açır. Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə yaranmış boşluqları dolduracağına, əhalinin daha keyfiyyətli qida məhsulları ilə təmininə xidmət edəcəyinə inanırıq”.

Dövlətin starteji məqsədlərndən biri idxaldan asılılığı azaltmaqdır

Dövlət başçısı “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir.

Yeyinti sənayesinin güclü inkişafı üçün ilk növbədə xammal ehtiyatları nəzərə alınır. Azərbaycanda yeyinti sənayesinin inkişaf etdirilməsi ilə bağlı bir sıra üstünlüklər var: yeyinti sənayesinin tarixi ənənələri, yeyinti sənayesinin istehsalı üçün zəngin xammal bazası, ölkəmizdə yetişdirilən meyvə-tərəvəz məhsullarının bir çoxunun dünyada analoqunun olmaması, bir sıra istehsalatların respublikanın kiçik və orta şəhərlərində yerləşdirilməsi imkanı və ərazi ehtiyatı, nəqliyyat daşımaları baxımından əlverişli iqtisadi-coğrafi mövqe, potensial ixrac bazarlarına yaxınlıq. Ərzaq məhsullarının istehsalında əsas şərtlərdən biri məhsulun ekoloji təmiz olmasıdır. Məhsul tarladan istehlakçının süfrəsinə gələnə qədər bir çox risk zəncirindən keçir - onun yetişdirilməsi üçün istifadə olunan gübrə, ekoloji mühit, məhsulun qablaşdırılmasında istifadə olunan konservatlar və sair. Xatırladaq ki, bu gün Rusiyada və bir sıra MDB ölkələrində Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük tələbat var. Ölkənin ixrac potensialının artırılması da önəmli vəzifə kimi qarşıda durur. Bu məqsədlə yaradılan “Azexport” Azərbaycan brendini dünyada təbliğ edir. Yerli istehsal şirkətləri bir çox beynəlxalq sərgilərdə iştirak edir. “Made in Azerbaijan” brendinin tanıdılması dövlət səviyyəsində nəzarətə götürülüb. Azərbaycanın bir çox qeyri-ərzaq məhsulları dünya səviyyəsində tanınır. 2017-ci ilin I rübünün yekunlarına əsasən qeyri-neft sektoru üzrə ixrac 10 faiz artıb, amma daha böyük potensial var. Bunun üçün yeni ixrac bazarlarına çıxış genişləndirilməlidir.

Nemət bol olarsa basılmaz Vətən...

Ölkəmizdə yaradılan əlverişli iqtisadi mühit ölkə ərazisində sahibkalığın inkiaşafına, qida sektoru üzrə onlarla şirkətin yaranamasına şərait yaratdı. Bu həm minlərlə iş yeri, həm idxaldan asılılığın, həm də valyuta axınının qarşısının alınması , ölkə iqtisadiyyatının dirşəlişi demək idi. İstehsal müəssisələrinin böyük hissəsinin paytaxtda cəmlənməyərək regionlarda qurulması isə çox təqdirəlayiq addım idi. Müstəqilliyimizin ilk illərində yaradılan istehsal şirkətlərinin bir çoxu bu gün ölkə iqtisadiyyatına böyük töhfələr verir. Belə şirkətlərdən biri də “Veysəloğlu” Satış və Distribütor Şirkətidir. Bu şirkət yüksək səviyyəli xidməti ilə seçilən holdinqdir. Şirkət hazırda qida sənayesində dünyanın ən qabaqcıl ölkələri olan Rusiya, Ukrayna, Belorus, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, Portuqaliya, İtaliya, Viyetnam daxil olmaqla 20-dən artıq ölkənin 100-dən çox fabiki ilə əməkdaşlıq edir. Eyni zamanda bölgələrimizdə regional şöbələri olan olan “Veysəloğlu” həm əhalinin məşğulluğunun təmin edilməsində, həm də keyfiyyətli ərzaq məhsullarına olan tələbatın ödənilməsində böyük rol oynayır.

Şirkətin “Ulduz” şokolad fabriki artıq Azərbaycan brendi kimi tanınır . Hazırda “Ulduz”şokolad fabrikinin məhsulları Rusiya ,Ukrayna, Belorusiya, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrdə sevilən marka kimi məşhurlaşıb. Xalq markası adına layiq görülən Ulduz şokoladıarının istehsal prosesində Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının təcrübəsindən istifadə olunur. Fabrikin məhsulları müxtəlif beynəlxalq standart sertifikatlarına və mükafatlara layiq görülüb.

“Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır”

İqtisadiyyat naziri Şahin Mustafayev KİV-ə bildirib ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” ölkəmizdə qida sənayesində yeni bir səhifə açdı. Ölkədə sahibkarlığın inkişafına böyük qayğı göstərilir. Sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb”.

Bu gün dünyanın siyasi mənzərəsini güclü iqtisadiyyata malik olan dövlətlər dəyişə bilirlər. Güclü iqtisadiyyat ilk növbədə keyfiyyətli və güclü istehsal məhsulları ilə təmin olunur. Artıq Azərbaycan brendi dünya bazarlarında tanınır, Azərbaycan məhsullarına tələbat yaranır.

Əminik ki, ölkədə sahibkarlığın inkişafına verilən diqqət sayəsində tezliklə idxaldan asılılıq minimuma endiriləcək, Azərbaycan qida sektoru üzrə ixracatçı dövlət kimi böyük gəlir əldə edəcək. Bunun üçün ölkəmizdə lazım olan hər şey mövcuddur, iqtisadi mühit, yerli xammal, iqlim şəraiti , dövlət dəstəyi və halal zəhmətdən qorxmayan, qurub, yaradan Azərbaycan insanı.

İlhamə Rəsulova

Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusundakı müsabiqəsinə təqdim olunur

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »