Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parisdə minlərlə insan islamofobiyaya qarşı çıxıb

13.500 nəfər Paris küçələrə axışıb yürüş keçirərək islamofobiyaya (İslam qorxusu) qarşı çıxıb.

Bizimyol.info xəbər verir ki, Fransa müsəlmanlarının 40 faizindən çoxunun dini ayrı-seçkiliyə və dözümsüzlüyə məruz qaldığı məlum olub.

"Bizdən əl çəkmələrini istəyirik. Pərəncə geyinən qadınlara işləmək qadağandır. Bu normal deyil. Onlar idmanla məşğul ola bilmirlər. Təhsil ala bilmirlər. Onlar cəmiyyət arasına çıxa bilmirlər. Bu qəbulolunmazdır". - deyə, onlar bildirib.

Qeyd edək ki, Fransanın "Ön cəhbə" partiyasının keçmiş namizədi Bayonna şəhərində məsçidin yanında atəş açdıqdan sonra bu nümayişdə iştirak etmə çağırışı "Liberation" nəşrində dərc olunub. Lakin, nümayişdə iştirak edənlərin "Müsəlman Qardaşlar" hərəkatı (terrorçu təşkilatı) ilə əlbir olduqları düşünülür.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »