Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Həkim terrorunun daha bir qurbanı
Həkimlər

Vəli Məmmədov: “Tibb cəlladları qardaşım oğlunu öldürdülər”

"Son zamanlar həkim məsuliyyətsizliyinin qurbanları artır. Öz problemimi dilə gətiməkdə məqsədim digər insanlara xəbərdar etməkdir. Biz yandıq, siz yanmayın".Bu barədə şikayətçi Vəli Məmmədov danışıb.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, qardaşı oğlu Məmmədov Murtuz Yasif oğlu qara ciyərində olan xəstəlikdən əziyyət çəkirmiş.

Vəli Məmmədov

"Xəstənin müalicə edilməsi üçün Mərkəzi Gömrük Xəstəxanasında fəaliyyət göstərən Mircəlal həkimə müraciət etdilk. Çox get-gəldən sonra bu ilin may ayının 21-nə əməliyyat təyin edldi. Əməliyyatdan əvvəl Mircəlal həkimlə bizim çoxlu söhbətlərimiz oldu, analizlər verildi, yalnız bundan sonra əməliyyat təyin olundu. Müayinələrdən sonra məlum oldu ki, xəstənin qara çiyəri, demək olar ki, funksiyasızdır. Qaraciyər dəyişdirilməlidir və dəyişdirildi. Əməliyyatdan sonra qardaşım oğlu 21 gün xəstəxanada qaldı. 21 gündən sonra o evə buraxıldı".

V.Məmmədov qeyd edib ki, qardaşıoğlu mütəmadi olaraq müayinə edilir, hər həftə ondan analizalər götürülürmüş: "Analizlərin nəticəsi Mircəlal Həkimə göstərilirdi. O deyirdi ki, hər şey əladır. Xəstə əməliyyatdan sonra çox yaxşı idi. İki ay yarıma qədər olan müddəti çox normal oldu. Hətta özü öz ayağı ilə gedib analizlər verirdi".

Şikayətçi bildirib ki, bir müddət sonra xəstənin öd yolunda problem yaranıb. Bundan sonra Mircəlal həkim onu Rəfael Hüseynov adlı həkimin yanına göndərib.

"Rəfael həkim dedi ki, ona stend qoyulacaq, problem həllini tapacaq. Rəfael həkim xəstəyə "Diaqnoz" klinikasında baxmışdı. Ancaq dedi ki, aparatlar olmadığı üçün əməliyyatı Milli Onkologiya Mərkəzində edəcək. Rafael həkim də dedi ki, stend qoyub, ancaq dar hissəyə girməyə qorxub. Sonra Mircəlal həkim bizi Ağakişi Yəhyayev adlı həkimin yanına göndərdi. Həmin həkim də Diaqnostika Mərkəzndə çalışır. Birinci dəfə mən xəstə ilə birlikdə getmədim. Ancaq qardaşımoğlu getdi. Ağakişi həkim ilk andan onunla çox hörmətsiz rəftar edib. Səhər saat 9-dan günorta 14-ə qədər xəstəni orda saxlamışdı".

Məmmədov Murtuz Yasif oğlu

V. Məmmədov qeyd edib ki, Murtuzun özünün dediyinə görə, həkim çox çətinliklə iki dəfə həmin yerə girməyə cəhd edib, ancaq alınmayıb. Üçüncü cəhddən sonra isə girə bilib. Məhz həmin əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşməyə başlayıb.

"Bilmirəm, bəlkə nəyisə zədələdi həmin vaxt, buna görə belə oldu? Xəstənin həmin əməliyyatdan sonra gecəsi-gündüzü olmadı. Ağrılar onu çox narahat edirdi. Sonra xəstədə qanaxma başladı. Ona katetr qoymuşdular. Ordan qan gəlirdi. Bundan sonar Mircəlal həkim bizi "Xətai" metrosu tərəfdə olan "Mediland" klinikasına yönləndirdi. Orda Qulam adlı həkim başladı bunu müalicə etməyə. Soruşduq ki, niyə əməliyyat olunduğu xəstəxanaya yerləşdirmirsiniz? Mircəlal həkim dedi ki, burda qiymətlər bahadı, Qulam həkim sizə güzəşt edəcək. Orda 9 gün müalicə getdi və qanaxma dayandı. Dedilər yaxşıdı, buraxdılar evə. 2-3 gündən sonra qanaxma yenə başladı. Təzədən apardıq Qulam həkimin yanına. Üç dəfə bu hal təkrar olundu. Bu ilin sentyabr ayının 16-da rəhmətə gedib. Əməliyyatla dünyasını dəyişməyi arasında təqribən 4 ay vaxt oldu".

V.Məmmədov qeyd edib ki, məsələ ilə bağlı Xətai Rayon Prokuruluğuna müraciət edib.

"Artıq izahatımı alıblar. Mən bütün onları danışmışam. İndi istəyim qardaşımoğlunun ölümündə günahkar olanların cəzasını almasıdır. Qanunverciliyimizə güvənirəm. Hesab edirəm ki,haqq yerini tapacaq. Qardaşım oğlunun ölümündə günahkar olan həkimlər –tibb cəlladları layiqli cəzasını alacaq"-deyə Vəli Məmmədov bildirib.

Məsələ ilə bağlı həkim Ağakişi Yəhyayeviun çalışdığı Diaqnostika Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin mətbuat xidmətindən bildirildi ki, informasiya əsaslı deyil. Əgər əlimizdə sübut varsa, onlara müarciət edək.

Mərkəzi Gömrük Hospitalından isə bildirildi ki, xəstə Micəlal Kazımı tərəfindən uğurlu formada əməliyyat edilib: " O xəstə bizim xəstəxanada sağalıb gedib. Mircəlal həkim məgər onları məcburi şəkildə Ağakişi Yəhyayevin yanına göndərib?"

Bizimyol.info

Paylaş »
››› DİN-dən həbs edilən polkovniklə bağlı açıqlama
››› Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu - Foto
››› General deputatlığa namizədliyini irəli sürdü
››› 40 yaşından sonra uğur qazanacaq 5 bürc
››› "3-cü mikrorayon bazarı" da yanıb
Son xəbərlər
Bütün xəbərlər »