Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan bayrağı harda və necə hazırlanır? - Foto

Ölkəmizdə bayraq bayramı günü davam edir. Xalqımız ölkəmizin şərəfi sayılan müqəddəs bayrağımızın bayramı ab- havasındadır. Xalqın ən önəmli günlərində hər zaman başı üzriə qaldırdığı bayraq necə hazırlanır? Bizimyol.info bu barədə məlumatı təqdim edir.

Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri.

Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur.

Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.

Bayraqda əks olunan rənglərin mənası məlum olsa da ağ rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur. Qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının (bu XIX əsrin ortalarınadək Osmanlı İmperatorluğunun milli bayrağı olub) üçrəngli milli bayraqda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağrəngli aypara və səkkizguşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı İmperatorluğunun bayrağından hazır şəkildə keçmişdir.

Azərbaycanda rəsmi dövlət bayraqlarının hazrlanması ilə “Azəratribut" MMC məşğul olur. O Azərbaycanda bu profilli yegənə müəssisədir

MMC-nin icraçı direktoru Məlahət Kəlbiyeva bildirir ki, onların müəssisəsi müxtəlif dövlət orqanları ilə müqavilə əsasında işləyir. İşçi sayı az, keyfiyyət göstəriciləri isə yüksəkdir. Bayraqları tikmək üçün atlas və ipəkdən istifadə olunur. Türkiyədən gətirilən bayaqlar keyfiyyətcə zəif olur və tez cırılır. Müəssisə dünya standartlarına uyğun materialla işləyir. Bayrağın hazırlanmasının öz xüsusiyyətləri var. Belə ki, onun üzərindəki rənglərin öz kodları var.Həmin kodlar mütləq şəkildə dəqiqliklə köçürülməlidir. Müəssisə bayraq muzeylərinə bayraqlar da tikib göndərir.Burda qədim dövrlərə aid tarixi bayraqlar da hazırlanır.

Bayraq hazırlanır

Bəs bayraq necə hazırlanır? Birinc bütün rəösmlər i kompüterdə yığılır daha sonra çap edilir. Kağız üzərində çap edildikdən sonra 200 dərəcə temperaturda parça üzərində çapa verilir.Əvvəlcə parça ütülənir, bişir daha sonra çap olunur.Daha sonra zərgər dəqiqliyi ilə kəsilir.Ən sonda isə kəsilmiş parçaları kənarları tikilib bəzədilmək üçün dərzilərə verilir.Bundan sonra qablaşdırılmış sifarişçilərə göndərilir.

2010-cu ildə Azərbaycan futbol sahəsi ölçüsündə olan ərazidə dünyanın ən böyük bayrağını ucaltdı. 62 metrlik bayraq dirəyinin yüksəkliyinə qaldırılan bayraq Xəzərin o tayında Tacikistanın bayrağına qədər dünyanın ən böyük bayrağı hesab edilirdi. Lakin sonra bayraq meydandan tamamilə yoxa çıxdı. 2017-ci ildə dəyəri təxminən 30 milyon ABŞ dolları olan layihə təmirə göndərildi və bir daha geri qayıtmadı. Ümumilikdə, bayraq dirəyinin çəkisi 220 ton, bayraq özü isə 350 kiloqramdır. ABŞ-ın Trident Support şirkəti tərəfindən hazırlanan və Azərbaycanın Azinko şirkəti tərəfindən həyata keçirilən layihənin reallaşdırılmasına təxminən 30 milyon dolları xərclənib.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »