Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Fədayə Laçının oğlu: "İki ildir, yaşamırmışam" - Video
2019-11-10_145203

Həbsdən yeni çıxan məşhur müğənni Fədayə Laçın oğlu Əlhəmlə ATV-də yayımlanan “Ən yaxşısı” proqramında qonaq olub.

Verilişin aparıcısı Mətanət Əliverdiyeva Fədayənin oğlu Əlhəmə “Anan həbsdə olanda nələr yaşadın?” deyə, sual ünvanlayıb. Əlhəmin cavabı aparıcını göz yaşlarına boğub:

“Anam gələndən sonra, ilk qucaqlaşdığımız məqamda fərqinə vardım ki, iki ildir, yaşamırmışam. Bu iki ilin icmalını mən belə izah edə bilərəm. Elə bil yenidən dünyaya gəldim. Tamamilə başqa bir duyğudur. Sözlə belə izah etmək asan deyil”.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. O, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı “Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu. (Oxu.az)

Paylaş »
››› YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı
››› “Tarqovı”da vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları açıqlandı - Video
››› UEFA Türkiyə ilə bağlı qərarını açıqladı
››› Əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması görüntüləri ilə bağlı rəsmi açıqlama
››› Polis Bakıda böyük faciənin qarşısını aldı - Video
Son xəbərlər
Bütün xəbərlər »