Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Transxəzər fiber-optik kabel bağlantısında iştirakı ilə Avrasiyanın İKT xəritəsinə daxil olacaq
Internet

İqtisadi Əməkdaşlıq Təşkilatın (İƏT) bölgəsində böyük potensiala malik digər bir sahə də informasiya-kommunikasiya texnologiyaları sahəsidir.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İƏT-in Antalyada keçirilən Nazirlər Şurasının 24-cü iclasında deyib.

Nazir bildirib ki, Azərbaycan Qazaxıstan və Türkmənistan ilə, ölkələrimizin adlarını Avrasiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xəritəsinə salmaq üçün genişzolaqlı şəbəkə qurmaq məqsədilə Transxəzər fiber-optik kabel bağlantısının həyata keçirilməsində əməkdaşlıq edir.

"Rəqəmsal fərqin aradan qaldırılmasına yönələn BMT-nin təşəbbüslərinə töhfə verməyə davam edəcəyik. Bu həm də İƏT bölgəsində ticarətin rəqəmsallaşdırılmasına kömək edəcək", - deyə E.Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə, İƏT çərçivəsində həyata keçirilə biləcək mümkün birgə layihələrdən biri də ticarətin rəqəmsallaşdırılmasıdır. "Bu daha çox ticarət həcmini cəlb edə bilər. Bu cür elektron ticarət platformalarını bölgədəki tərəfdaşlarımızla birlikdə təşviq edə bilərik” - deyə, o, bildirib.

Xatırladaq ki, ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Azərbaycanın "AzerTelecom" şirkəti və Qazaxıstanın "Transtelekom" və "KazTransCom" şirkətləri tikinti üzrə müvafiq müqavilə imzalayıb.(report)

Paylaş »
››› Turist daşıyan təyyarə yandı - Video
››› Beş gün dərs olmayacaq
››› Bakıda amansız qətl: Kişinin ayaqlarını sındırdılar...
››› Həkim terrorunun daha bir qurbanı
››› Xose Bernardo onu və qardaşını bıçaqlayanın kim olduğunu açıqladı - Video
Son xəbərlər
Bütün xəbərlər »