Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı generaldan ultimatum: "Sərhədimizi pozan istənilən təyyarə dərhal vurulacaq"

İranın sərhədini pozan istənilən təyyarə dərhal vurulacaq.

Bizimyol.info xəbər verir ki, bu sözləri İranın hava hücumundan müdafiə qüvvələrinin komandanı, general Əlirza Səbahifərd deyib.

O bildirib ki, pilotsuz uçan aparat (PUA) İranın hava məkanına daxil olan kimi zenit raket kompleksi tərəfindən vurulub. Qeyd edilib ki, İranın düşmənləri kəşfiyyat xarakterli PUA göndərərək strateji obyektlərin yerlərini öyrənməyə çalışırlar, lakin buna imkan verilməyəcək.

General bildirib ki, mütəxəssislər vurulan PUA-nın qalıqlarını araşdırır və onun hansı ölkəyə məxsus olduğunu öyrənməyə çalışırlar.

Xatırladaq ki, dünən İranın Xuzistan vilayətində ölkənin hava sərhədini pozan PUA vurulub. Rəsmi Vaşinqton bəyanatla çıxış edərək PUA-nın ABŞ-a məxsus olmadığını bildirib(azərtac).

Son xəbərlər
Bütün xəbərlər »