Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Millət vəkilindən təsirli paylaşım
Şəhid Rəşad Atakişiyevin qaradşı oğlu

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Facebook” səhifəsində təsirli paylaşım edib.

Bizimyol.info xəbər verir ki, millət vəkili paylaşımında qeyd edib ki, Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibətilə verilişə dəvət edilib. Verilişə təsirli şəkil və mətn göndərilib.

Mətndə isə bu sözlər yazılıb:

“Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm, ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim. Xətai rayonu, 191 nömrəli məktəb”.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin “qara qutu”su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.

R.Atakişiyev avqustun 21-1 II Fəxri xiyabanda torpağa tapşırılıb.

Rəşad

Paylaş »
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Alim Azərbaycana Rusiya və Türkiyədən həkim çağırılmasına etiraz edir
››› Baş Prokurorluq əsgər ölümü ilə bağlı açıqlama verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »