Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
BŞBPİ Müsavat Partiyasının rəhbərliyinə xəbardarlıq edib
Bakı Şəhər Baş Polis İdarəsi

Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, eləcə də Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli və Razim Əmiraslanlı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.

Bizimyol.info xəbər verir ki, bu barədə Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, idarədə onlara noyabrın 12-də paytaxtda hər hansı bir aksiya keçirəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.(apa)

Paylaş »
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› "WhatsApp" yeni qadağalara başlayıb – Nömrələri bloklayır
››› Nazir daha iki direktoru işdən çıxarıb
››› Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqladı
››› 28-ci polis bölməsində zəngə uşaq cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »