Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaranlıqda mollanı axtaran sərxoş kişi məscidi yandırdı

Başqırdıstanın paytaxtı Ufa şəhərində mollanı axtaran şəxs təsadüfən məscidi yandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə RİA “Novosti”yə Rusiya Daxili İşlər Nazirliyinin Başqırdıstan Respublikasındakı mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Həmzə” məscidində baş verən yanğından sonra polislər 39 yaşlı yerli sakini şübhəli şəxs qismində saxlayıblar. Saxlanılan şəxsin ifadəsindən məlum olub ki, hadisə zamanı o, sərxoş olub. O, məscidin qapısının açıq olduğunu görüb, kibriti yandıraraq qaranlıq otaqda mollanı axtarıb. Lakin mollanı tapa bilmədikdən sonra yanan kibriti yerə atıb. Nəticədə məsciddə yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »