Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya prezidentinin diqqət mərkəzindədir
lavrov

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik səylərində aktiv rol oynamağa davam edir. Dağlıq Qarabağ münaqişəsi tərəflərinə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərinə daxildir və bu, Rusiya Prezidentinin diqqət mərkəzindədir”.

Bizimyol.info xəbər verir ki, Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana rəsmi səfəri öncəsi yaydığı məlumatda bildirilib.

Məlumatda daha sonra qeyd edilir: “Əminik ki, münaqişənin nizamlanması istisnasız olaraq siyasi diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həyata keçirilməlidir. Güman edirik ki, siyasi iradə olduğu təqdirdə diplomatik səylər gec-tez irəli getməyə və kompromisə gəlməyə imkan verəcək. Öz tərəfimizdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla sıx münasibətlər nəzərə almaqla yardım edəcəyik".

Paylaş »
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› "WhatsApp" yeni qadağalara başlayıb – Nömrələri bloklayır
››› Nazir daha iki direktoru işdən çıxarıb
››› Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqladı
››› 28-ci polis bölməsində zəngə uşaq cavab verdi
Son xəbərlər
Bütün xəbərlər »