Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Üç ABŞ strateji bombardmançısı Rusiyanın ən məxfi rayonunun “bir addımlığında”
ABŞ-ın bobardımançı təyyarəsi

ABŞ Hərbi Hava Qüvvələrinin üç strateji bombardmançısı şimal istiqamətindən Rusiya sərhədlərinə yaxınlaşaraq bu ölkənin ən məxfi rayonu hesab edilən Novaya Zemlya arxipelaqının “bir addımlığından” uçub.

Bizimyol.info xəbər verir ki, “Voennıy obozrevatel” (“Hərbi icmalçı”) Telegram-kanalının yaydığı məlumata görə reyd zamanı B-52 bombardmançıları həmin rayonun cəmi 80 kilometrliyindən keçib. Bu isə aviasiya ölçülərinə görə, kifayət qədər yaxın məsafədir.

Novaya Zemlya arxipelaqında Rusiyanın məxfi hərbi bazaları, aerodromları və yeni silahları sınaqdan keçirdiyi poliqonları yerləşir. Bu bazalardan Rusiya Arktika qitəsində öz mövqelərini möhkəmləndirmək üçün istifadə edir.

Mütəxəssislər qeyd edirlər ki, nüvə raketləri daşıya bilən Amerika strateji bombardmançıları heç də aydın olmayan səbəblərdən Rusiyanın “arxa cəbhəsinə” keçib və rəsmi məlumatlara əsasən, uçuş marşrutu boyu onlar heç bir müqavimətə rast gəlməyiblər. Adətən ABŞ bombardmançıları və kəşfiyyatçıları Rusiya hava məkanına yaxınlaşanda onları havada qırıcılar qarşılayırdı.

Amerika bombardmançılarının şimal qütbü istiqamətindən Rusiya sərhədlərinə bu cür yaxınlaşmasının obyektiv səbəbləri məlum deyil. Amma fakt Rusiya hərbi dairələrində ciddi narahatlıqla qarşılaşır.(Virtualaz.org)

Paylaş »
››› Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Marketlər və ticarət obyektlərinin iş saatı barədə rəsmi açıqlama
››› ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”
››› Azərbaycanlı siyasi mühacir İsveçdə həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »