Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Səfirlik: Stavropoldakı avtoqəzada yaralanan həmvətənlərimizin vəziyyəti diqqət mərkəzindədir
Rusiyadaki səfirlir Stavrapolda qəza ilə bagli

Azərbaycanın Rusiyadakı səfirliyi 4 noyabr tarixində Rusiyanın Stavropol diyarı ərazisində Rostov-Bakı marşrutu ilə hərəkət edən nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyətini nəzarətə götürüb.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən məlumata görə, səfirliyə bu haqda məlumat daxil olan kimi dərhal yerli polis orqanı, səhiyyə ocağı və Rusiya XİN-in Mineralnıye vodı şəhərindəki nümayəndəliyi ilə operativ əlaqə saxlanılıb. Sözügedən qurumların verdiyi məlumata əsasən, qəza nəticəsində 8 nəfər soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan iki nəfər - Babaşah Həşimovun və Şəhla Abdullayevanın vəziyyəti ağırdır, onlar Reanimasiya şöbələrinə yerləşdirilib və həkim nəzarətindədirlər.

Bundan əlavə, yerli diaspor üzvləri ilə də əlaqə saxlanılaraq soydaşlarımıza bütün lazımi köməkliyin göstərilməsi və əlavə yardıma ehtiyac yarandığı təqdirdə səfirliyə məlumat verilməsi xahiş olunur: "Bildiririk ki, hadisənin baş vermə səbəblərinin araşdırılması, yaralı həmvətənlərimizin vəziyyəti, onlara zəruri köməkliyin göstərilməsi səfirliyin diqqət mərkəzindədir".(apa)

Rusiyadaki səfirlir Stavrapolda qəza ilə bagli

Paylaş »
››› Professordan koronavirusla bağlı əsəbi açıqlama: "Axmaq olmayın!"
››› Deputatın rəis oğlu koronavirusa yoluxub: İdarə karantinə alınıb
››› Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən rayon və şəhərlərin sayı artırılıb
Son xəbərlər
Bütün xəbərlər »