Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Hesab çox gəldiyinə görə restorana molotov kokteyli atdılar
restoran

Türkiyənin paytaxtı Ankarada restoranda qalmaqal yaşanıb. Hesabın çox gəlməsi bir stol arxasında əyləşən 5 nəfəri özündən çıxarıb.

Bizimyol.info xəbər verir ki, restoran əməkdaşlarının onları aldatdığını düşünən qonaqlar içəri molotov kokteyli atıblar. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Bundan sonra qonaqlar oranı tələsik tərk ediblər.

Hadisə Ankarada Çankırı Caddesində baş verib. Restoranda gecə saatlarına qədər əylənən 5 nəfər qarşısındakı hesaba qəzəblənib. Rəhbərliklə mübahisə düşüb. Gedib qısa zaman sonra molotov kokteyli ilə qayıdıblar. Partlayıcını içəri atıb, avtomobilə minərək buradan uzaqlaşıblar. Amma polisdən qaçmaq mümkün olmayıb.

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Rusiyalı həkim azərbaycanlı həmkarlarının səhvləri haqda: "İnsanın imkanları xaricindədir"
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
Son xəbərlər
Bütün xəbərlər »