Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Şerlok Holmsun real adam olduğu üzə çıxdı
serlok holmes

Artur Konan Doylun məşhur personajı Şerlok Holmsu tanımayan yoxdur. Amma çoxları bilmir ki, o, qəhrəmanlarını heç də həmişə uydurmurdu. Məsələn, elə Holms özü real həyatdan götürülüb.

Bizimyol.info xəbər verir ki, ingilis tarixçi Ancela Bakli istəyinə çatıb. O, Şerlok Holmsun Mançesterdən polis zabiti olduğunu bildirir. Cerom Kaminada 19-cu əsrin 80-ci illərində ingilislər arasında çox məşhur olub. Artur Konan Doyl ilk dəfə 1887-ci ildə əsərində bu obraza müraciət edib.

Niyə Kaminada? Çünki onun çox parlaq obarı vardı. Düzdür, yazıçı bəzi xarakterik cizgiləri dəyişib. Amma oxşarlıq xeyli çoxdur.

Kaminada 1844-cü ildə Mançesterin Dinsqeyt rayonunda irland ana və italyan atanın ailəsində doğulub. 24 yaşında polisə işə düzəlib. Cəmi 4 il sonra detektivlər şöbəsinə keçirilib. Məşhurluq da burada gəlib.

1888-ci ildə Kaminada haqda hamı danışırdı. 1225 cinayətkarı dəmir barmaqlıqlar arxasına göndərmişdi. Həyatına azı 10 dəfə sui-qəsd etməyə çalışıblar. Onun əsas rəqibi Mançesterdə 1 nömrəli cinayətkar sayılan Bob Horric olub.

Horric mükəmməl riyaziyyatçı idi. Amma bu həyatı cinayətkar aləmin kralı olmağa dəyişmişdi. Məhz professor Moriartinin prototipi də odur. Detektivlə qarşıdurmaları 20 il sürüb. Sonda Kaminada rəqibinə nisbətən tapançaya əlini daha tez ata bilib.

Deyilənə görə, maraqlı əsərlərin yaranmasında Konan Doylun dostu, Edinburq universitetinin professoru Cozef Bellin də az rolu olmayıb. Cozef istənilən pasiyentin peşəsini müəyyənləşdirə bilirmiş. Onun qəribə iybilmə qabiliyyəti olub. Yəni qarşısındakının peşəsini bununla müəyyənləşdirirmiş. Evində apardığı kimyəvi təcrübələrdə yazıçının kömək etdiyi az olmayıb.

Paylaş »
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› Novruz Məmmədova bu gün yeni vəzifə veriləcək
››› Bananda görünən qırmızı rəngli maddə qandır, yoxsa?
››› Elçin Əlibəyli təkzib edib hədələdi - “Elə bir təhlükəyə çevriləcəm əsim-əsim əsəcəklər”
››› Sumqayıt-Bakı qatarının hərkətini dayandırması etiraza səbəb oldu - Foto
Son xəbərlər
Bütün xəbərlər »