Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Kəklikotu” filmi artıq TV-də
keklikotu

“Cinemazadeh” studiyasının istehsalı olan, Azərbaycan kino tarixinin ən çox baxış sayı toplamış, çoxdan gözlənilən “Kəklikotu” macəra komediyası nəhayət ki, 15 Noyabr saat 21:45-də "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının kanalında (ATV) yayımlanacaq.

Filmdə 20-dən çox məşhur aktyor, müğənni və rejissor təqdim olunmuşdur.

Filmin baş produseri Cəfər Axundzadə, quruluşçu rejissorlar Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operator Rəşad Qarayev, bəstəkar Rüstəm Zeynalov, müsiqi üzrə direktor Aynur Axundzadə, icraçı prodüser Tural Əsədov və Xətai Əli.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.

Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu deyilmiş. Milyonla ölçülən həmin əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

Paylaş »
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› Novruz Məmmədova bu gün yeni vəzifə veriləcək
››› Bananda görünən qırmızı rəngli maddə qandır, yoxsa?
››› Elçin Əlibəyli təkzib edib hədələdi - “Elə bir təhlükəyə çevriləcəm əsim-əsim əsəcəklər”
››› Sumqayıt-Bakı qatarının hərkətini dayandırması etiraza səbəb oldu - Foto
Son xəbərlər
Bütün xəbərlər »