Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Prezident etiraf etdi: “Hərdən sözləri unuduram”
Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski “YouTube” portalındakı videomüraciətdə ukrayncasını mükəmməlləşdirməyə çalışdığını bildirib.

Bizimyol.info xəbər verir ki, dövlət başçısı qüsurlarını gizlətməyib.

“Ukrayna dili səviyyəm, məncə, artır. Bilirəm ki, vurğularla və bəzi sözlərlə bağlı səhvlər var. Daha yaxşı danışmaq istəyirəm. Ola bilər ki, yüz faiz yaxşı danışmaq mümkün deyil, amma mən yenə də çalışıram”, - Zelenski belə deyib.

“Hərdən sözləri unurduram”, - Ukrayna prezidenti bu sözləri rus dili haqda danışanda söyləyib. Onun sözlərinə görə, bəzən yanındakılardan hər hansı sözün rus dilində qarşılığını soruşmalı olur.

Zelenskini dəfələrlə rus dilinə görə tənqid ediblər. Uşaq yazıçısı Larisa Nitsoy dövlət başçısının andiçmə mərasimində rusca danışmasından heyrətləndiyini bildirmişdi.

Paylaş »
››› Toyda uşağı içki şüşəsi ilə vuran azərbaycanlı dünya mediasında - Video
››› İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi
››› Yanvarın 1-dən 50 manat ödəməyən mənzil sahibləri əlavə 30 manat cərimələnəcək
››› “Tarqovı”da vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları açıqlandı - Video
››› Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
Son xəbərlər
Bütün xəbərlər »