Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda maye qazın qiyməti bahalaşdı
lpg maye qaz

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) yaranan maye qaz (LPG) qıtlığı aradan qaldırılır, artıq “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə “APA-Economics”ə “Azpetrol” şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb.

“Qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun bizə satdığı qiymət əsasında formalaşıb”, - deyə “Azpetrol”dan bildirilib.

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir.

“Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər", - deyə İ. Əhmədov qeyd edib.

“Məişət Maye Qaz” QSC-dən isə bildirilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: “Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.

“SOCAR Petroleum” şirkətindən isə bildirilib ki, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: “Hazırda “Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.

Paylaş »
››› Lotereyada qazandığı pulla aldığı ərazidən xəzinə çıxdı
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› DİN-dən uşaqların oğurlanması xəbərləri ilə bağlı açıqlama
››› Metrostansiyada uçqun təhlükəsi: "Dəmir-beton konstruksiyalarda aşınmalar var"
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
Son xəbərlər
Bütün xəbərlər »