Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qıza 107 bıçaq zərbəsi endirib onunla foto çəkdirən şəxsə hökm oxundu
2019-11-08_182131

Rusiyanın Sankt Peterburq şəhərində gənc qıza 107 bıçaq zərbəsi endirdikdən sonra onunla "selfie" çəkdirən şəxsə hökm oxunub.

Bizimyol.info xəbər verir ki, 22 yaşı qatil İlya Metliskiy 16 il müddətində azadlıqdan məhrum olunub.

Belə ki, 2018-ci il mayın 8-i Metliskiy sevgilisi Anastasiyanın evinə gəlib.

Anastasiya Metliskidən ondan aldığı 300 min rubl borcu qaytarmasını tələb edib. Buna qəzəblənən gənc bıçağı əlinə alaraq Anastasıyanın üz, qol, ayaq və qarın nahiyələrinə zərbələr endirməyə başlayıb. Daha sonra qızın qana bulanmış cəsədi ilə "selfie" çəkdirərək öz keçmiş sevgilisinə göndərib, onu da bu hala salacağına söz verib. Mənzili tərk etməzdən öncə qatil Anastasiyanın mobil telefonunu və kartından pullarını çəkib. Həmçinin, gənc qızın qohumlarına yazaraq, onun əməliyyat olunması üçün təcili pula ehtiyacı olduğunu vurğulayıb.

Qeyd edək ki, Anastasiyanın 20 yaşı olub. O, Sankt Peterburqa Novosibirsk şəhərindən jurnalistika fakultəsində təhsil almaq üçün gəlib. Gənc qızın pişikləri sevdiyi və səhayət etməyi xoşladığı bildirilib.

Adelya

Paylaş »
››› Türkiyə ilə bağlı dəhşətli statistika
››› Baş nazirin həyat yoldaşının adı azərbaycanlı qızla birlikdə qalmaqalda hallanır
››› "Kasıblar "kombi" işlətmir, qiymət artımı onlara təsir etməyəcək"
››› Milli Məclis Oqtay Əsədovla bağlı yayılan məlumatlara dair açıqlama yayıb
››› Cəfər Cabbarlı meydanı boşaldılır
Son xəbərlər
Bütün xəbərlər »