Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
76 yaşlı qadının ölmüş ərinin külünü oğurladılar - Video
2019-11-08_175612

ABŞ-ın Nyu-Cersi ştatında naməlum şəxslər ölmüş şəxsin külünü oğurlayıblar.

Oktyabrın sonunda 76 yaşlı Liz Liposki qohumlarının evində qalıb və Hellouin bayramı vaxtı evinə qayıdıb. Bu zaman o, evinin qapısının qırıldığını və bahalı əşyaların evdən aparıldığını görüb.

Bundan başqa, oğrular evdən Liposkinin ölmüş ərinin külünü saxladığı qutunu da aparıblar. Kişi 2011-ci ildə xərçəngdən vəfat edib. Qadın ümid edirdi ki, onun ölümündən sonra külü ərinin külünə qarışacaq.

Liposkinin qohumları hesab edir ki, oğrular qutuda nəyin saxlanılmasından xəbərsiz olub. Qadın oğrulara külün qaytarılması ilə bağlı müraciət edib. (Oxu.az)

Paylaş »
››› Yol polisi sürücüləri "tələ"yə salır: Görüntülərlə bağlı rəsmi açıqlama - Video
››› Vilayət Eyvazov əmr imzaladı: Yol Polisi rəisi işdən çıxarıldı
››› Milli Məclisin 7 deputatı artıq məlumdur
››› Trampın gizli videosu yayıldı: Vəziyyəti daha da çətinləşdi - Video
››› Türkiyədə həyəcan: nazirlik vətəndaşlara xəbərdarlıq etdi

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »