Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Tramp qondarma “erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi”
Rəcəb Tayyib Ərdoğan - Donald Tramp

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Prezident Donald Trampla qondarma “erməni soyqırımı” məsələsini də müzakirə edəcəyini deyib.

Bizimyol.info xəbər verir ki,  NTV telekanalının verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

“Artıq qondarma “erməni soyqırımı” məsələsi bizi bezdirir. ABŞ-a səfərim zamanı da bu məsələyə toxunacağam. Hətta Tramp özü bir dəfə dedi ki, bəlkə buna soyqırımı deyil, savaş desək, necə olar? Mən də cavab verdim ki, bizim qarşımızda hər hansı bir dövlət olmayıb, belə məsələ müzakirə mövzusu deyil. Onu da bildirdim ki, bu, məcburi bir köç məsələsi olub və burada da bəzi sıxıntılar yaşanıb”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Xatırladaq ki, Ərdoğan 13 noyabrda ABŞ-a səfər edəcək.(apa)

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı korrupsiya araşdırmasına başlayıb
››› İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var
››› Azərbaycanda koronavirusa yoluxanların sayı 4,5 mini keçdi
Son xəbərlər
Bütün xəbərlər »