Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz ov edən ərəblər saxlanılıb
ovcu

"İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki Küveyt vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb".

Bizimyol.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat cərimələnib: "Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".

H.Əlizadə həmçinin xatırladıb ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.

Paylaş »
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› Novruz Məmmədova bu gün yeni vəzifə veriləcək
››› Bananda görünən qırmızı rəngli maddə qandır, yoxsa?
››› Elçin Əlibəyli təkzib edib hədələdi - “Elə bir təhlükəyə çevriləcəm əsim-əsim əsəcəklər”
››› Sumqayıt-Bakı qatarının hərkətini dayandırması etiraza səbəb oldu - Foto
Son xəbərlər
Bütün xəbərlər »