Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakı Metropoliten rəhbərliyi qiymət artımı ilə bağlı suala aydınlıq gətirdi
Qatar Metro

Yaxın gələcəkdə metroda heç bir tarif artımı gözlənilmir.

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda Bakı metrosu MDB məkanında gedişhaqqına görə ən ucuz metrodur:

“Bu gün bir sərnişin daşınma xərci 30 qəpikdir. Amma həmin vəsait sərnişinin daşınmasına çəkilən xərcin yalnız 60%-ni qarşılayır. Buna baxmayaraq, bu gün Bakı Metropolitenində qiymət artımı gündəmdə deyil”.

Metropoliten rəsmisi gələcəkdə differensial tariflərin tətbiqinin də mümkün olacağını qeyd edib:

“Bu gün “Bakı Metropoliteni” heç də uzaqmənzilli metropoliten deyil. Gələcəkdə 76 stansiyamın hamısı istismara veriləndən sonra belə bir sistemin tətbiqi çox rahatdır. Bu gün isə bunun tətbiqi əhəmiyyətsizdir”.(oxu.az)

Paylaş »
››› Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
››› Daha bir ölkə İrandakı aksiyalara dəstək oldu
››› Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - Video
››› Ata Abdullayevin diplomatik pasport qalmaqalı
››› Prezidentə müraciət edən vətəndaşın borcunun silinməsi barədə bankdan açıqlama - Video
Son xəbərlər
Bütün xəbərlər »