Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xarici İşlər Nazirliyi Mnatsakanyana cavab verdi
xarici işlər nazirliyi

Əslində, Ermənistan Xarici İşlər naziri (Zöhrab Mnatsakanyan) yeni heç bir fikir söyləməyib. Məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq, bu, heç normal düşüncə çərçivəsinə belə sığmır.

Bizimyol.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

Leyla Abdullayeva Leyla Abdullayeva

O bildirib ki, bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur. Sonra da iddia edir ki, “bu ərazilərdə yaşayan 150.000 erməninin təhlükəsizlik problemi var.

“Bu ermənilərin ailələri, evləri, adları olduğunu səsləndirən erməni nazir görəsən öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin param- parça olduğunu, adlarının məcburi köçkün və qaçqına çevrildiyini heç düşünübmü? Əlbəttə yox! Əgər düşünsəydi bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı, münaqişənin həlli istiqamətində real addımlar atılardı”.

L.Abdullayeva bildirib ki, həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir.

“Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur. Həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur. Bunu da ən yaxşı Ermənistan bacarır”

Paylaş »
››› Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
››› Daha bir ölkə İrandakı aksiyalara dəstək oldu
››› Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - Video
››› Ata Abdullayevin diplomatik pasport qalmaqalı
››› Prezidentə müraciət edən vətəndaşın borcunun silinməsi barədə bankdan açıqlama - Video
Son xəbərlər
Bütün xəbərlər »