Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Erkin Qədirli ReAl-dan istefa verən Azər Qasımlını ititham edib
Erkin Qədirli

"ReAl-dan hər kəs gedə bilər. Amma getməyi də bacarmaq lazımdır. Siz getmədiniz, qaçdınız. "ReAl-ın gəmisi batır" deyə düşündünüz, bəlkə, bilmirəm. Elədirsə, tələsdiniz. ReAl-ın gəmisi nəinki batmır, o, hələ heç dənizə çıxmayıb, limandadır, lövbərdə dayanıb uyğun hava gözləyir. Uyğun hava nədir? Qarşıdan gələn parlament seçkiləri".

Bizimyol.info xəbər verir ki, bunu ReAl Partiyasının üzvü Erkin Qədirli "Facebook" səhifəsində yazıb.

O deyib ki, ReAl sədri İlqar Məmmədova çoxlu sualı var: "Demokratik olsa da, amma intizamsız və səmərəsiz Məclislə seçkilərə getməyi doğru saymayan İlqar Məmmədova mənim də çoxlu sualım var.

Biz onun təklifləri haqqında hələ çox danışasıyıq. Ortada hələ heç nə yoxdur. Belə bir durumda “İlqar diktarura qurur” deyib ReAl-dan getmək, yumşaq desəm, uğursuz addımdır. Belə bir baqajla bundan sonra yeni partiya qurmağa girişsəniz də, uğurlu nəsə alınası deyil. Onu da yarıyolda buraxıb qaçaqsısınız. Xasiyyətlər qarşıdurmasına, ambisiyalar toqquşmasına "prinsipiallıq" donunu geyindirməyin. Ambisiyalar yaxşı şeydir. Onların toqquşması da gözəl ola bilir. Amma buraya prinsipləri qatmayın. Prinsip başqa şeydir, onu anlaşmış deyilsiniz, göründüyü qədərilə".

Qeyd edək ki, ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı noyabrın 6-da partiyadan istefa verib.(report)

Paylaş »
››› Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
››› Daha bir ölkə İrandakı aksiyalara dəstək oldu
››› Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - Video
››› Ata Abdullayevin diplomatik pasport qalmaqalı
››› Prezidentə müraciət edən vətəndaşın borcunun silinməsi barədə bankdan açıqlama - Video
Son xəbərlər
Bütün xəbərlər »