Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Agentlik tibb müəssisələrində kadr məsələləri ilə bağlı təlimlərə başlayıb
Tədbir

Quba rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Kadr məsələlərinin tənzimlənməsi” mövzusunda təlim keçirilib. Təlimdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Ağsu və Xızı rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin kadr məsələləri üzrə məsul əməkdaşları iştirak ediblər.

Bizimyol.info xəbər verir ki təlim tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi ilə bağlı məsul əməkdaşları kadrlar sahəsində fəaliyyətlərinin təşkilinə dair məlumatlandırmaq və təlimatlandırmaq məqsədi ilə təşkil olunub.

Təlimdə Agentliyin yaradılması, fəaliyyəti, icbari tibbi sığorta ilə bağlı ümumi məlumatlar və tibb müəssisələrində insan resurslarının idarə edilməsi prosesinin təşkili istiqamətində mövcud qanunvericilik üzrə tövsiyələr verilib.

Bu istiqamətdə təlimlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.

Bizimyol.info

Paylaş »
››› Rayonlara gediş-gəliş bərpa olunacaq - Yeni qaydalar tətbiq ediləcək
››› Bakıda virusla mübarizə aparan həkimlərin narazılığı: “Bizi aldatdılar...”
››› DİN-dən metroda baş verən hadisəyə münasibət
››› Çənədə və cibdə gəzdirilən maskalara görə də cəza veriləcək...
››› Siyahıdakı yerlərdə maska taxmayanlar bu gündən cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »