Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Lavrov: "Rusiya NATO ilə dialoq üçün yalvarmayacaq"
Sergey Lavrov

"Rusiya NATO ilə dialoq üçün yalvarmayacaq. Lakin Moskva bu dialoqun davam etməsinin tərəfdarıdır".

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Əlbəttə ki, biz NATO ilə normal dialoqun olmasını istəyərdik. Bizim günahımız olmadan, demək olar ki, bütün əməkdaşlıq formaları dondurulub. Hərbçilərin xətti ilə dialoqun kəsilməsi də bizim günahımız deyil. NATO-nun Brüsseldə Şimali Atlantika Alyansındakı Rusiya nümayəndə heyətinə qarşı tədbirlər görməsinin təşəbbüskarı da biz deyilik.

Amma bir daha təkrar edirəm - xarici siyasət doktrinamızda nəzərdə tutulmuş maraqlarımızda olduğu kimi, NATO ilə bərabər qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcəyik",- deyə Rusiya XİN başçısı Moskvada keçirilən yayılmama üzrə beynəlxalq konfransda çıxışında bildirib.(apa)

Paylaş »
››› Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video
››› “40 yaşlı xəstəmizi itirdik, artıq yaşa baxmır” - Video
››› ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”
››› “Bu templə karantin rejimi heç payızda da bitməyəcək” - Həkim
››› Sərtləşdirilmiş karantin rejimini pozmağa görə cərimə olunanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »