Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda icra başçılarının qəribə korrupsiya sistemi üzə çıxdı
Rüşvət, korrupsiya, məmur

Şahbaz Xuduoğlu: “Aylıq, təxminən 125 min manat təkcə başçıya çatırdı”

“Hər rayona Prezident Administrasiyasından kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdı. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi. Qalan adamlar isə, adları işdə gedən, lakin özləri olmayan “ölü canlar” idi”.

AYNA xəbər verir ki, bu məlumatı “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu paylaşıb. Onun bildirdiyinə görə, sözügedən 600 kvotadan 520-sini keçmiş icra başçısı Şəmsəddin Xanbabayev mənimsəyib.

Şahbaz Xuduoğlu Şahbaz Xuduoğlu

“Yerdə qalanlar Məşğulluq Mərkəzinin direktoru Ayazın, MKT-nin direktoru Qalibin və DOST Mərkəzinin rəhbəri Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə Maliyyə İdarəsinin rəisini çağıraraq deyib ki, “mən belə şey edə bilmərəm, Prezidentin xüsusi göstərişi var, ona görə də kartları qaytarın”. İndi Xaçmazda düşüblər küçələrə ki, “ölü canları” tapıb, kartları geri alsınlar. Məhəllə-məhəllə gəzirlər”, - deyə Ş.Xuduoğlu bildirib.

Onun sözlərinə görə, Maliyyə İdarəsinin Nizami adlı rəisi təzə başçıya and-aman edib ki, “vallah-billah, kartlar Şəmsəddin Xanbabayevdədir”: “Nəzərə alaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur. Son olaraq 250 manat yüklənirdi. Aylıq, təxminən 125 min manat təkcə başçıya çatırdı”.

AYNA əməkdaşı sözügedən hadisə barədə rəsmi məlumat almaq üçün Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxlayıb. RİH-in adını açıqlamayan bir əməkdaşı belə bir hadisənin baş vermədiyini deyərək, tələsik dəstəyi asıb...

Paylaş »
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› Novruz Məmmədova bu gün yeni vəzifə veriləcək
››› Bananda görünən qırmızı rəngli maddə qandır, yoxsa?
››› Elçin Əlibəyli təkzib edib hədələdi - “Elə bir təhlükəyə çevriləcəm əsim-əsim əsəcəklər”
››› Sumqayıt-Bakı qatarının hərkətini dayandırması etiraza səbəb oldu - Foto
Son xəbərlər
Bütün xəbərlər »