Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xəstəxana rəhbərliyi AXCP yetkilisinin qohumları tərəfindən hücuma məruz qaldığını bildirir
Xəstəxana

Dünən gecə Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin yaxınları tərəfindən təhqir və şantaj ediliblər.

Bu barədə Oxu.Az-a Xəstəxananın baş həkimi Bəyalı Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb: "Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub. Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib, şəkəri normal vəziyyətə salınıb.

Mən və müavinlərim bir neçə dəfə xəstənin vəziyyətinə şəxsən nəzarət etmişik. Gecə xəstənin anası və daha dörd kişi qohumu reanimasiya şöbəsinə keçməyə cəhd ediblər. Kişilər sərxoş vəziyyətdə olduğundan dava salıblar.

Reanimasiya şöbəsində bir neçə ağır xəstə var, bu şöbəyə giriş qadağandır. Həkimlər həmin insanları sakitləşdirməyə çalışarkən təhqir olunublar. Yalnız mühafizəçilərin müdaxiləsi ilə onları şöbədən çıxarmaq mümkün olub”.

Asif Yusifli Asif Yusifli

Xatırladaq ki, haqqında danışılan xəstə AXCP fəalı Asif Yusiflinin qızıdır. 2015-ci il iyulun 15-də məhkəmə Asif Yusiflini təqsirli bilərək 7,5 il azadlıqdan məhrum edib. Sonradan Ali Məhkəmə cəza müddətini 6 ilədək azaldıb. O, dələduzluqda ittiham edilib.

Asif Yusifli və təmsil etdiyi partiya ittihamları qəbul etmir və onun siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları da Asif Yusiflini siyasi məhbus olaraq tanıyıb.

Paylaş »
››› Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşıb
››› Marketdə bir ailənin dörd üzvü güllələndi - Video
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› ABŞ senatorları şərt qoydular – Türkiyəyə qısa müddətdə cavab verilməlidir
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
Son xəbərlər
Bütün xəbərlər »