Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat olmaq istəyən Elza Seyidcahandan Yazıçılar Birliyinə üzvlüklə bağlı açıqlama

Sosial şəbəkələrdə müğənni Elza Seyidcahanla bağlı xəbər yayılıb. Müğənninin Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün müraciət etsə də, ərizəsinə baxılmadığı deyilib.

Lakin müğənnni, əməkdar artisti Elza Seyidcahan Bizimyol.info-ya verdiyi məlumatda deyib ki, xəbər yalnışdır.

“Yox müraciət etməmişəm, amma etsəm, mütləq baxarlar. Yalan məlumat yaymasınlar. Niyə də qəbul etməsinlər ki? Düzü, bu barədə fikrim var. Mən də istəyərəm ki, Azərbaycan Yazıçılar Birliyinə üzv olum. Yazıçılar, şairlər ilhamla, təxəyyül gücü ilə işləyirlər, o da mən də”.

Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Yazıçılar Birliyi

Xatırladaq ki, Elza Seyidcahan artıq bir dəfə deputatlığa namizədliyini irəli sürsə də, seçilməyib. Deputat olmaq istəyini dilə gətirməklə, mərhum müğənni İlhamə Quliyeva ilə qalmaqal da yaşamışdı.

Milli Məclis Milli Məclis

İlk dəfə arzusuna çata bilməyən müğənni hələ də bu arzusundan əl çəkməyib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »