Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Güzəştlə mənzil almaq istəyənlərin nəzərinə: Qaydalar asanlaşıb
Güzəştli mənzillər

Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasına əsasən, mənzilləri güzəştlə əldə etmək hüququ “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. Həmin şəxslər güzəştli ipoteka krediti ilə yanaşı, artıq güzəştli mənzillərdən də yararlanmaq hüququna da sahibdirlər.

MİDA-dan bildirilib ki, dövlətin sosial siyasətinin davamı olaraq ölkə başçısının 13 iyul 2017-ci il və 21 iyul 2017-ci il tarixli Fərmanları ilə güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə və dəyişiklik ediləcək.

Güzəştlə mənzil almaq hüququna malik şəxslər aşağıdakılardır:

Gənc ailənin üzvü olan şəxslər

  • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Ailə vəziyyətindən və yaşından asılı olmayaraq digər şəxslər

  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

Modern.az

Paylaş »
››› Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur?
››› Ən çox hansı bürcdən olanlar yaşayır...
››› Deputat kürkünü geyinib küçəni süpürdü, tənqid edildi
››› Prokuror: "Almaniyada saxlanılanları 10 ilə qədər həbs cəzası gözləyir"
››› Məktəb direktoru ilə müəllim arasında konflikt – Müəllimə şiddətli töhmət verilib
Son xəbərlər
Bütün xəbərlər »