Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Siyasətdən getməyi bacarmaq lazımdır” - ReAL rəhbərliyindən açıqlama
Natiq Cəfərli

“ReAL-a İlqara görə gələnlər srağagündən, Erkinə, Natiqə, Rəsula, Xalidə görə gələnlər dünəndən, Azərə görə gələnlər isə bu gündən getsinlər. REAL bu ölkənin indiki dönəminin (gələcəkdə daha yaxşıları mütləq olacaq) son şansı, dəyərləri, vizionu, aydın hədəfləri olan təşkilat, şəxsi uğur hekayəsi olan liderlərin partiyasıdır. REAL həm də yol açmaq üçün yarandı, sabah biz olmasaq da, REAL olacaq - çünki şəxs üzərində qurulan təşkilat deyil və bunu ən çox da bu gün qapını çırpıb gedənlər bilirlər”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri REAL partiyasının həmtəsisçisi Natiq Cəfərli dünən partiya liderlrindən olan məclis sədri Azər Qasımlının istefa verməsi ilə əlaqədar səsləndirib.

Azər Qasımlı Azər Qasımlı

“REAL həm də şəxsi maraqlarını, içiboş ambisiyalarını, inciklərini ümumi faydaya görə içinə gömməyi bacaran şəxsiyyətlərin təşkilatıdlr. REAL-ın təməl fəlsəfəsi kollektiv kimlikdir, həmişə də belə olacaq! Siyasətə gəlməyi öyrənmək kimi getməyi də bacarmaq lazımdı, gedərkən də içdiyin qabın içinə tüpürməmək böyüklüyü də vacibdir. Zaman-zaman müxtəlif səbəblərə görə REAL-ın vitrinində olan sevimli, önəmli insanlar sıralarımızı tərk edib, amma hər biri REAL-ın təməl fəlsəfəsinə sadiq insanlar olduğu üçün bunu şouya çevirməyiblər. Həmin insanları hamınız tanıyırsız, onlara bir daha təşəkkür edirəm və tezliklə onları yenidən "yuvada" görəcəyimizə ümid edirəm, hətta buna əminəm! REAL ölkə tarixində öz rolunu oynayıb, oynayır, oynayacaq da! Hədəf Cümhuriyyət - gerisi təfərrüat”.

İlhamə Rəsulova

Paylaş »
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Alim Azərbaycana Rusiya və Türkiyədən həkim çağırılmasına etiraz edir
››› Baş Prokurorluq əsgər ölümü ilə bağlı açıqlama verib
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »