Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Dəyişiklik etmək istəyirik” - Qurban Qurbanov
qurban-0-0

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL-lə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərə açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb.

47 yaşlı mütəxəssis vacib oyuna ciddi hazırlaşdıqlarını bildirib:

“Mütləq bu oyunda dəyişiklik etmək istəyirik. Bu, həm heyət, həm də oyun baxımından ola bilər. Bir neçə variant üzərində hazırlaşmışıq. Oyunun gedişindən çox şey asılı olacaq. Bu il demək olar ki, APOEL-lə son oyundur. Bir rəqiblə məsuliyyətli tunirlərdə bu qədər qarşılaşmaq asan deyil. Çox ciddi hazırlaşmışıq. Bu oyun bizim üçün çox vacibdir. Xayme Romeronun ümumi durumu pis deyil. 90 dəqiqə meydanda olması bir o qədər də gözlənilmir. Matçın iştirak ərizəsində olacaq və meydana çıxmaq ehtimalı çoxdur”.

Qeyd edək ki, APOEL – “Qarabağ” oyunu sabah Nikosiyadakı GSP stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 21:55-də səslənəcək. (Qafqazinfo.az)

Paylaş »
››› Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Marketlər və ticarət obyektlərinin iş saatı barədə rəsmi açıqlama
››› ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”
››› Azərbaycanlı siyasi mühacir İsveçdə həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »