Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsavat Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcək

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. Mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Bizimyol.info-ya bildirdi ki, BŞİH-nin qərarı “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna ziddir.

“BŞİH-nin təşkilatçıların razılığı olmadan kütləvi aksiyaların yerini, vaxtını və şüarlarını dəyişdirmək hüququ yoxdur. Eləcə də, Lökbatanın Bakı şəhərinin mərkəzindən xeyli uzaqda olması, oraya getmək istəyən mitinq iştirakçıları üçün xüsusi çətinliklərin olmasını nəzərə alaraq həmin ərazidə mitinqin keçirilməyəcəyi qərarımızı bu gün Bakı Şəhər İcra Hakimiyyətinin nəzərinə çatdıracağıq. Bu barədə icra başçısı Eldar Əzizova məktub yazmışam. Məktub bu gün BŞİH-ə təqdim ediləcək”,-deyə A.Hacılı bildirib.

Başqan deyib ki, Müsavat partiyası ölkə konistitusiyasına əməl olunması və sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbləri ilə BŞİH qarşısında aksiya keçirtmək barədə qərar qəbul edib: “Bu abrədə müvafiq məktub hazırlanıb və məktubumuz bu gün BŞİH-ə təqdim olunacaq. Həmin mitinq noyabrın 12-i, saat 15:00-da BŞİH-in qarşısında olacaq”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »