Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Gələn il işçi ixtisarları ola bilər

“Gələn il Azərbaycandakı beynəlxalq neft-qaz layihələrini həyata keçirən şirkətlərin və onlara xidmət göstərən subpodartçı şirkətlərin işçilərinin əmək haqqından büdcəyə ödənən gəlir vergisnin məbləği 12 mln. manat azalma ilə proqnoz edilir.

Azallmanın mümkün səbəbləri nə ola bilər? Bu sahəyə vergi güzəşti gözlənmir, deməli bu səbəb istisnadır.

Əmək haqqı məbləğinin azalması real görünmür, ən azından bu seqment üçün ehtimal belə olunmyacaq versiyadır.

Yalnız bir səbəb qalır - işçi ixtisarı.”

Bizimyol.info-nun məlumatına görə, bu proqnozu iqtisadçı ekspert Rövşən Ağayev verib.

Rövşən Ağayev

“Ümid edirəm parlamentdə vergi-maliyyə qurumlarının rəhbərləri daha real səbəbi mediaya açıqlaya bilər.

Bununla bağlı maraqlı bir məqam da var: 2019-cu ildə əmək haqqından tutulan gəlir vergisi üzrə daxilolmaların təxminən 48%-ni bu şrikətlər və onların subpodaratçıları ödəyəcək - söhbət 290 mln. manatdan gedir.

Maraqlıdır, orda nə qədər işçi çalışır ki? Nəzərə alaq ki, ən azı 750-800 min nəfərə maaş ödəyən büdcə təşkilatlarının gəlir vergisi üzrə daxilolma cəmi 285 mln. manat olacaq”.

Son xəbərlər
Bütün xəbərlər »