Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biri-birilərini yeyən heyvanların sahibəsi həbs olundu
İngiltərədə yüzlərlə heyvanı ac-susuz saxlayan qadın həbs olunub.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, 2015-ci ildə İngiltərənin "Heyvanları Qoruma Merkezi"nin müfəttişləri 61 yaşlı Syuzen Smitin fermasına baş çəkiblər. Onlar burada ac-susuz saxlanılar və bədənlərini qurd basmış keçilərin, inəklərin və donuzların olduğunu görüblər. Heyvanlardan bəzilərinin isə açıq yarası olub. Hemçinin, onlar, səkkiz donuzun ölən digər donuzu parçalayıb yediklərini görüblər. Bir sözlə, həmin gün qadının fermasında ölü heyvanların dirilərinə qarışdığı məlum olub.

Məhkəmə prosesi dörd il dəvam edib. Syuzanın sözlərinə görə, o, xəstə olması və traktorunun işləməməsi səbəbindən heyvanlara baxa bilməyib.

Qeyd edək ki, 2018-ci ildə Syuzan hakimlər tərəfindən günahkar hesab olunub. Çox keçmədən o, apellyasiyaya şikayət edib. Lakin, 2019-cu il noyabrın 4-ü Syuzan 18 ay müddətində azadlıqdan məhrum edilib. Ona bir daha heyvan sahibi olmaq qadağan olunub.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »