Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Göyçayda möhtəşəm Nar festivalı keçiriləcək
Nar Festivalı (1)
9-10 noyabr tarixində Göyçay Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Aznar” şirkətinin baş sponsorluğu ilə Nar festivalı və “Aznar” şirkətinin 50 illik yubileyi keçiriləcək. Şəhərin mərkəzində təşkil olunacaq festivalda müxtəlif nar növlərindən hazırlanmış təamlar, şirniyyatlar, nar şirələri, şərablar nümayiş olunacaq. Ziyarətçilər nardan hazırlanmış təamların dadına baxmaq imkanı əldə edəcəklər. Bununla yanaşı festival çərçivəsində qonaqlar rəssamların əl işlərindən ibarət sərgi ilə yaxından tanış olacaqlar. Festival çərçivəsində musiqili proqram, rəqs qruplarının çıxışları gözlənilir. Nar festivalında əyləncəli müsabiqələr də keçiriləcək. Ziyarətçilər həmin müsabiqələrdə iştirak edərək qalib olmaq şansı qazanacaqlar. Günün sonunda isə “Aznar” şirkətinin 50 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert baş tutacaq. Festival atəşfəşanlıqla başa çatacaq.

Qeyd edək ki, Nar festivalı 2006-cı ildən etibarən hər il keçirilir. Festivalda hər il 15 mindən çox insan iştirak edir.

Paylaş »
››› Nazirlik koronavirusla bağlı orta məktəblərə tapşırıq verdi
››› Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi
››› Bir ayda 23 nəfərin öldüyü deyilən xəstəxanada etiraz - Video
››› Cənubi Azərbaycanda tibb bacısı işdə koronavirusdan həyatını itirdi - Foto
››› Ərdoğan Bakıya yola düşərkən koronavirusdan danışdı: “Tərəddüd göstərməyə haqqımız yoxdur”
Son xəbərlər
Bütün xəbərlər »