Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İnsanı sarsıdan olay: Nişanlı gənclər yanaşı dəfn edildilər - Foto
Nişanlı gənclər

Bu günlərdə Yardımlı rayonunda baş verən hadisə hər kəsi təsirləndirib.

Bizimyol.info xəbər verir ki, Yardımlı sakini Hüseynov Azər Hüseynağa oğlu uzun sürən xəstəlik səbəbindən vəfat edib və öz vəsiyyəti ilə 5 il əvvəl dünyasını dəyişmiş qızın yanında dəfn edilib.

Belə ki, 1985-ci il təvəllüdlü Azər Hüseynovun nişanlısı, rayonun Osnakəran kənd sakini Əsgərzadə Gülər Barat qızı 2014-cü ildə ürək çatışmazlığından vəfat edəndən sonra Azər xiffətdən ağır xəstəliyə düçar olub. Ağ ciyərində problemlər səbəbindən xeyli müalicə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 10 noyabrda 34-cü doğum günün qeyd edəcək olan Azər tibbi müdaxilələrə baxmayaraq vəfat edib. O, ölümündən əvvəl sevdiyi qızın yanında dəfn edilməsini vəsiyyət edib. Beləliklə Azər Hüseynovun cənazəsi yaşadığı Yardımlı şəhərindən bir vaxtlar nişanlısının yaşadığı kəndin məzarlığına gətirilib və Gülərin yanında dəfn edilib.

Yaxınlarının bildirdiyinə görə, nişanlısı vəfat edəndən sonra ailə üzvləri Azərə başqası ilə nişanlanmağı, ailə qurmağı tövsiyyə və vadar etsələr də, o razılaşmayıb və bir müddət sonra ağır xəstəliyə düçar olub.(publika.az)

Nişanlı gənclər

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video
››› Marketlər və ticarət obyektlərinin iş saatı barədə rəsmi açıqlama
››› ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”
››› Azərbaycanlı siyasi mühacir İsveçdə həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »