Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ciddi və təvazökar: Angela Merkel necə yaşayır... - Foto

Almaniya kanslerinin gəliri rus rublu ilə təxminən 23 milyondur. Qeyd etmək lazımdır ki, bu rəqəm Rusiya Federasiyası prezidentinin maaşından qat-qat yüksəkdir. Xatırladaq ki, 2017-ci ildə Putin gəlirinin 8,5 milyon rubl olduğunu bəyan etmişdi. Buna baxmayaraq Angela təvazökar həyat tərzinə üstünlük verir. Almaniya kanslerinin mühafizə olunan və qapalı ərazidə yerləşən sarayı və ya bağ evi yoxdur.

Merkel Berlinin mərkəzində, Am Kupfergraben 6 ünvanında yerləşən adi bir mənzildə yaşayır. Qeyd etmək lazımdır ki, bu, girişi qapalı olmayan adi bir evdir. Mənzil Merkelin özünə məxsusdur və xidmət müqabilində verilmiş rəsmi mənzil deyil. Xanım Merkel bu mənzildə Almaniyanın kansleri olmadan əvvəl yaşayıb. Ancaq Merkelin sələfi sahəsi 200m2 olan xidməti mənzildə yaşayırdı. Angela isə öz evində yaşamağa qərar verdi. Mənzil sarı rəngə boyanmış sadə bir binanın 4-cü mərtəbəsindədir. Binanın yaxınlığında restoranlar, suvenir mağazaları və supermarket var. Merkel alış - verişini özü etməyə üstünlük verir. Bunu çoxsaylı paparatsilərin fotoşəkilləri də təsdiqləyir.

Angela Merkel

Paytaxtın yaxınlığında yerləşən bu kiçik evi bağ evi adlandırmaq belə çətindir. Uşaqlıq illərini Merkel Templində yerləşən məhz bu evdə keçirib.

Angela və kimya elmi üzrə professor olan həyat yoldaşı istirahət üçün həftə sonları bu evə gəlirlər. Göründüyü kimi, evin ətrafında heç bir metrlik hasar və ya mühafizə yoxdur, qəsəbə isə daha çox sadə bağ evlərindən ibarətdir.

Merkelin iş kabineti də kifayət qədər sadə görünür. Burada öyrəşdiyimiz "bahalı-zəngin” stil müşahidə edilmir. Yalnız iş üçün lazım olan ən zəruri əşyalar gözə çarpır.

Kanslerin kabinetindəki uzun stol hələ Şredderin vaxtından qalıb. Merkel dəfələrlə daha kiçik masada işləməyə üstünlük verdiyini vurğulasa da, sələfinin iş masası otaqda qalmaqdadır.

Angela Merkeli adi bir supermarket alış-verişində də görmək olar. Xanım Merkel mühafizəçilərlə birlikdə mağazalara gedir.

Merkelə supermarketdə rast gələn şəxslər onun səbətində heç bir artıq əşyanın olmadığını müşahidə ediblər. O, kəsmik, meyvə və şirniyyat almağa üstünlük verir.

Merkeldə bir almanın pratikliyini görmək olar. Merkel alış-veriş paketi ilə supermaketə gəlib!

Hökumət nümayəndələrimizin də eyni şəkildə yaşadığını təsəvvür etmək mümkün deyil. Bizim ölkənin deputatları hündür hasarlarla əhatəli və insanlardan uzaq nəhəng qəsrlərdə yaşamağa üstünlük verirlər.

Bəs bizim siyasətçilərimizin xalqa yaxın yaşamasını istərdinizmi?

Son xəbərlər
Bütün xəbərlər »