Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elçin Əlibəylinin döyülməsinə Vilayət Eyvazovdan reaksiya

Teleaparıcı Elçin Əlibəylinin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi iddiası araşdırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə teleaparıcının özü sosial şəbəkə vasitəsilə məlumat yayıb.

“Sosial şəbəkədə yazdığım statutsa Daxili İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verildi və başda nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla məsələnin həlli üçün çevik addımlar atıldı. Bakı Şəhəri Baş Polis İdarəsi məsələyə müdaxilə edərək mənim tapdalanmış haqqımı bərpa etmək üçün dərhal tədbirlər gördü”,- deyə Ə.Əlibəyli bildirib.

Aparıcı qonşusu ilə barışdığını da bildirib: “Qonşumla olan mübahisədə məhz polislərin iradəsi ilə razılıq əldə edib barışdıq. Düşmən olmaq mənim prinsiplərimə ziddir! Əziz dostlarım və mətbuatda çalışan həmkarlarım, mənə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edir, ehtiramla önünüzdə baş əyirəm!”

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »