Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misir Mərdanov: "Məni siyasətə çəkmək istəyirlər" - Video

İTV-də efirə gedən “3D” verilişinin budəfəki qonağı sabiq Təhsil naziri Misir Mərdanov olub.

Bizimyol.info xəbər verir ki, sabiq nazirlə verilişin aparıcısı Dadaş Dadaşlinski arasında maraqlı söhbət baş tutub.

Misir Mərdanov bildirib ki, vəzifədən çıxandan sonra dostlarının sayı daha da çoxalıb: “Məni axtaranlar artıb. Tam səmimi deyirəm. Vəzifədə olanda çox adamla təmasda ola bilmirsən. Vəzifədən çıxandan sonra təmas çoxalır”.

Aparıcının “Vəzifədən gedənlərin, sonradan məlum olur ki, milyonları, milyardları var. Bəs siz pullarınızı hansı bankda saxlayırsınız?”, - sualına isə sabiq belə cavab verib: “Nazir olanda da, olmayanda da heç bir bankla əlaqəm olmayıb. Nəyim varsa, evimdə, cibimdə olub”.

Misir Mərdanov jurnalistlərin suallarını çox vaxt cavabsız qoymasında da danışıb: “Bilirsiniz, jurnalistlər istəyirlər ki, müəyyən fikirlər öyrənmək üçün bilərək məni siyasətə çəksinlər. Ona görə də deyirəm ki, mənə belə suallar verməyin. İndiki fəaliyyətimlə bağlı nə suallar versəniz, cavab verməyə hazıram. Lakin mən bilirəm ki, o suallar qərəzlidir və mən qərəzli suallara cavab vermirəm”.

Son xəbərlər
Bütün xəbərlər »