Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ukraynada rusca mahnılar ifa edənin gitarasını sındırdılar
2019-11-05_224357

Krımın işğalından sonra Ukraynada ruslara münasibət pisliyə doğru dəyişib. Xüsusilə ölkənin qərbində qonşu xalqa isti yanaşmırlar.

Bizimyol.info xəbər verir ki, Lvovda küçədə rusca mahnılar ifa edən şəxsin gitarasını sındırıblar. Hadisəni radikallar törədib. “Sokol” ultrasağ təşkilatının üzvləri küçədə gördükləri mənzərəyə biganə qalmayıblar. Rusca mahnılar ifadə edən şəxsin əlindən gitarasını güclə alaraq yararsız hala gətiriblər.

“Sokol”dan həmin gün Lvov küçələrində reyd keçirdiklərini təkzib etmirlər. Bildirilir ki, həqiqətən də, rusdilli musiqiçilərə xəbərdarlıq olunub. Amma kiminsə gitarasını sındırmadıqlarını bildirirlər. Təşkilat məsuliyyəti patriotların üzərinə atır.

“Sokol”un bəyanatında deyilir: “Sevindiricidir ki, bir neçə reyddən sonra şəhərin mərkəzində işğalçı ölkənin dilində mahnılar, demək olar, eşidilmir. Bir neçə musiqiçi ilə yenə profilaktik söhbətlər aparılıb”.

Paylaş »
››› Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Marketlər və ticarət obyektlərinin iş saatı barədə rəsmi açıqlama
››› ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”
››› Azərbaycanlı siyasi mühacir İsveçdə həbs olundu
Son xəbərlər
Bütün xəbərlər »