Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan 100 min rus turist itirib
turist_2787766

Yayda Gürcüstan-Rusiya münasibətlərindəki gərginlik həm də Qafqaz ölkəsinin turizminə zərbə vurdu.

Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Gürcüstana təyyarə reysləri ləğv edildi. İndi statistika gerçək zərərin miqyasını göstərir.

Bizimyol.info xəbər verir ki, Gürcüstan qalmaqaldan sonra - üçüncü kvartalda 100 min rus turist itirib. Keçən il iyul, avqust, sentyabr aylarında Rusiyadan Gürcüstana 109,4 min nəfər gəlmişdi. Bu il üçüncü kvartalda cəmi 7,8 min rus turist qeydə alınıb.

Rusiyadan Gürcüstana daha çox ikinci kvartalda axın olmuşdu. Aprel, may, iyun aylarında 131,5 min rus qonşu ölkəyə üz tutmuşdu. İlk kvartalda isə 74 min Rusiya vətəndaşı turizm sektorunun statistikasına düşmüşdü.

Gürcüstanın baş naziri Georgi Qaxariya etiraf edib ki, həmin qalmaqal dövlət büdcəsinə böyük zərər vurub. Bununla bağlı oktyabrın 26-da açıqlama olmuşdu. Qaxariya onda Rusiyanın aviareysləri kəsməsinə görə büdcədə 350 milyon dolların çatmamasından gileylənmişdi.

Paylaş »
››› 2500 manat maaşla çoban axtarırlar, tapa bilmirlər
››› Çənədə və cibdə gəzdirilən maskalara görə də cəza veriləcək...
››› Avropa ölkəsi bütün turistləri qəbul edir: Azərbaycandan gedənləri karantin gözləyir - Video
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› DİN-dən metroda baş verən hadisəyə münasibət
Son xəbərlər
Bütün xəbərlər »